Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
23 ildən sonra ilk dəfə olaraq Rusiya Günü münasibətilə Moskvanın Qırmızı meydanında keçirilməsi planlaşdırılan konsert ləğv edilib.
Axar.az xəbər verir ki, bu barədə “Msk1” saytı məlumat yayıb.
Məlumata görə, konsert tədbiri Qırmızı meydandan paytaxtın şərqindəki Preobrajenskaya meydanındakı “Mossovet” Mədəniyyət Mərkəzinə köçürülüb.
Nəşr konsertdə çıxış edən ulduzların sayının da azaldıldığını bildirib.
Qeyd edək ki, Rusiya Gününə həsr olunmuş bayram tədbirləri 2003-cü ildən Qırmızı meydanda keçirilir.