“Qırmızı qaralar”dan gözlənilməz transfer həmləsi

07.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Boka Xuniors”un yarımmüdafiəçisi Leandro Paredes “Milan”ın maraq dairəsinə düşüb.

Futbolpress.az “ESPN Argentina”ya istinadən xəbər verir ki, “qırmızı-qaralar” 32 yaşlı argentinalının transferi üçün artıq danışıqlara başlayıb.

Paredes 2025-ci ildən “Boka Xuniors”un şərəfini qoruyur. Təcrübəli yarımmüdafiəçi karyerası ərzində “Roma”, “Yuventus”, PSJ, “Zenit”, “Empoli” və “Kyevo” kimi klublarda da çıxış edib.

Leandro Paredes Argentina milli komandasında keçirdiyi 84 oyunda 5 qolla yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью