Qırmızı qəsəbənin Qudyalçaydan mühafizəsi üçün 2 milyon xərclənəcək

08.08.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, dəyəri 2 milyon 37 min 337 manat 50 qəpik olan tender müsabiqəsinin qalibi “Bəyaz İnşaat” MMC (VÖEN - 2001329971) olub.
Qeyd edək ki, tenderin qalibi olan “Bəyaz İnşaat” MMC Quba rayonunun Qırmızı qəsəbəsində yaşayış evlərinin və həyətyanı sahələrin Qudyalçayın sel və daşqın sularından mühafizəsi işlərini həyata keçirəcək.
Nizamnamə kapitalı 2 milyon 318 min 708 manat olan “Bəyaz İnşaat” MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Görədil, N.Salayev, ev 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusifli Yusif Eldar oğludur.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью