Qırmızı şərab demenisiya riskini ARTIRIR

29.09.2025

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qırmızı şərabın az miqdarda istifadəsinin demensiyanın profilaktikasına kömək etməsi barədə iddialar həqiqəti əks etdirmir.

Redaktor.az xəbər verir ki, bu barədə nevroloq Riçard Restak "HuffPost"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, beynin sağlamlığı üçün təhlükəsiz hesab oluna biləcək hər hansı bir alkoqol dozası mövcud deyil, çünki spirt neyrotoksindir. Həkim bunu sübut etmək üçün genişmiqyaslı araşdırmanın nəticələrinə istinad edib. Araşdırmaya əsasən, hətta həftədə bir-üç qədəh şərab belə demensiya riskini 15 faiz artırır.

Bundan əlavə, qeyd olunub ki, alkoqolizmə irsi meyilliliyi olan insanlarda demensiyanın inkişaf ehtimalı 16 faiz daha yüksəkdir.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью