“Qırmızı şeytanlar” bu günə düşməmişdi

21.04.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 33-cü turunda “Vulverhempton”a uduzub – 0:1.

Futbolpress.az xəbər verir ki, bu, “qırmızı şeytanlar”ın mövsümdəki 15-ci məğlubiyyəti olub. MY klub tarixində heç vaxt bir mövsümdə bu qədər uduzmamışdı.

“Mançester Yunayted” 38 xalla 14-cü sıradadır. Komandanın eyni zamanda mövsümü tarixinin ən aşağı xalı ilə başa vuracağı dəqiqləşib. Sona 5 tur qalıb və komanda hər oyunu qazansa, 53 xalla sezonu bitirəcək.

Əvvəlki antirekord isə 58 xal idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью