“Qırmızı şeytanlar” bu klubu məhkəməyə verəcək

18.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Mançester Yunayted” 16 yaşlı istedadlı futbolçusu Cey Cey Qabrielin “Real”a (Madrid) mümkün transferi ilə bağlı hüquqi müstəvidə mübarizə aparmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “Daily Mail” nəşrinin məlumatına görə, İngiltərə klubu gənc oyunçunun qanunsuz şəkildə klubdan ayrılmağa sövq edildiyinə dair sübutlar tapılacağı təqdirdə bütün hüquqi vasitələrdən istifadə edəcək. Sentyabrdan bəri futbolçunun ailəsi ilə əlaqə qura bilməyən “qırmızı şeytanlar” onun gedişindən sosial şəbəkələrdə yayılan vida videosu vasitəsilə xəbər tutublar.

Klub Qabrielin keçidi üçün FIFA-nın rəsmi razılığının tələb olunduğunu və hələlik heç bir bildiriş alınmadığını vurğulayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью