Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
İngiltərənin “Mançester Yunayted” klubu yay təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama matçında Norveçin “Rusenborq” klubunu darmadağın edib.
Futbolpress.az xəbər verir ki, Norveçdə baş tutan görüş İngiltərə klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qırmızı şeytanlar”ın heyətində Şi Leysi (31-ci dəqiqə), Coşua Zirkze (56), Ceykob Devani (63), Harri Amass (72) və İtan Uilyams (84) fərqləniblər.
“Mançester Yunayted” növbəti yoxlama oyununu avqustun 1-də İspaniyanın “Atletiko Madrid” klubuna qarşı keçirəcək.