“Qırmızı şeytanlar”dan 76 milyonluq keçid

25.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Mançester Yunayted” klubu “Brayton”un dayaq yarımmüdafiəçisi Karlos Balebanın transferini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, mənşəcə kamerunlu olan 22 yaşlı futbolçu “qırmızı şeytanlar”la 2031-ci il iyunun 30-dək müqavilə imzalayıb. Sözləşməyə müddəti daha bir mövsüm uzatmaq opsiyası da daxil edilib.

“Transfermarkt” portalının məlumatına görə, Mançester təmsilçisi bu keçid üçün 76 milyon avro ödəyib. Müqavilədə əlavə olaraq 5,8 milyon avroluq bonuslar da nəzərdə tutulub.

Karlos Baleba 2023-cü ildən şərəfini qoruduğu “Brayton”un heyətində ümumilikdə 112 rəsmi matçda meydana çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью