Qırmızı Xaç Azərbaycanda fəaliyyətini dayandırır? AÇIQLAMA

05.03.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin bağlanması ilə bağlı məlumat yayılıb.

Modern.az-ın məlumatına görə, Komitədən bildirilib ki, Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda quruma məlumat verib:

"Hazırda hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Bu dialoq bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью