Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 77-NO-297 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü qırmızı işıqda yolayrıcına daxil olaraq sola — Mehdi Hüseynzadə küçəsinə dönüb. Bu zaman o, qarşıdan gələn sürücünün yolunu kəsərək qırmızı işıqda keçməsinə səbəb olub. Eyni zamanda yaşıl işıqda hərəkət edən sürücünün də yolunu kəsərək çətinlik yaradıb.
Fərid