Qırmızıda keçən sürücü özü ilə 3 sürücünü apardı VİDEO

17.04.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda bir sürücünün yol hərəkəti qaydalarını pozması digər sürücülərin də eyni səhvi etməsinə səbəb olub. Avtosfer.az-ın məlumatına görə, hadisə paytaxt küçələrinin birində baş verib. Belə ki, sağ zolaqda hərəkət edən sürücü qırmızı işıqda dayanmadan yoluna davam edib. Onun bu hərəkətini görən digər zolaqlardakı sürücülər də qırmızı işıqda keçiblər.

Bu hadisə göstərir ki, bəzi sürücülər sükan arxasında diqqətsizlik edirlər və ətrafı müşahidə etmədən hərəkətə başlayırlar. Xüsusilə sükan arxasında telefonla məşğul olan sürücülər siqnal səslərinə və ya yanındakı maşınların hərəkətinə aldanaraq qaydanı pozurlar. Bu cür diqqətsizlik isə ağır qəzalarla nəticələnə bilər.

Sürücülərə tövsiyə olunur ki, yalnız işıqforun yaşıl işığını gördükdən sonra hərəkət etsinlər və ətrafdakıların davranışına əsasən qərar verməsinlər.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью