Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza martın 3-də axşam saatlarında Salatın Əsgərova küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-XV-189 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil mopedlə toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb moped sürücüsünün işıqforun qırmızı işığında yolayırıcına girməsi olub. Nəticədə o, sağ tərəfdən gələn maşına çırpılıb. Hadisə zamanı başından xəsarət alan moped sürücüsü xəstəxanaya yerləşdirilib.
Nərmin