futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
FIFA DÇ-2026-nın yarımfinalında sabah keçiriləcək Fransa – İspaniya oyununun hakimlərini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, görüşü Salvadordan olan referilər idarə edəcək. Baş hakim İvan Barton olacaq. Ona yan xətt hakimləri David Moran və Antonio Pupiro kömək edəcək. Dördüncü hakim funksiyasını isveçli Qlenn Nyuberq yerinə yetirəcək.
VAR-da Mahbod Beyqi olacaq.
Barton buna qədər mundialda üç oyun idarə edib. Referi bu matçlarda 3 qırmızı, 10 sarı vərəqə göstərib.
Salvadorlu hakim Türkiyə – Paraqvay matçında (0:1) da idarəçilik edib. O, paraqvaylı Migel Almirona ağzını bağlayıb danışdığı üçün qırmızı verərək mundiallar tarixinə düşüb.
Sabah keçiriləcək Fransa – İspaniya oyununa saat 23:00-da start veriləcək.