Qış ayları üçün təbii antibiotik Sidik kisəsini təmizləyir KONKRET

25.11.2024

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Sidik kisəsi və sidik kanalı iltihabından, infeksiyalarından əziyyət çəkən insanlar tez-tez sidiyə gedir, qarının aşağısında ağrı, yanğı hiss edir, sidiyə ağrılı gedir.

KONKRET.az bildirir ki, əgər bu simptomları və sistiti aptekə getmədən, təbii yolla aradan qaldırmaq istəyirsizsə, Medicina.az-ın təqdim etdiyi super antibiotik reseptini sınayın.

Sizə lazımdır:

– Cəfəri – 250 qr
– Limon – 250 qram
– Təmiz bal – 250 qr
– Zeytun yağı – 200 ml

Cəfəri doğranılıb, blenderə qoyulur. Bura limon, zeytun yağı və bal qatılıb, tam həll olana kimi blenderdə qarışdırılır. Qarışımı soyuducuya qoyun. Hər gün səhər 2 xörək qaşığı qəbul edin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью