Qış aylarında sürücülərin görməli olduğu qabaqlayıcı tədbirlər

07.12.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qış mövsümü ilə birlikdə yol şəraiti dəyişir, risklər artır və sürücünün məsuliyyəti ikiqat böyüyür. Soyuq hava, qar, buzlanma və məhdud görünüş – bunların hamısı təhlükəni artırdığı üçün avtomobilə düzgün hazırlıq həm sürücü, həm də başqaları üçün həyati əhəmiyyət daşıyır.

Avtosfer.az sürücülərin qış aylarında nəqliyyat vasitələri üçün görməli olduğu qabaqlayıcı tədbirləri təqdim edir:

Təkərlər

Qış təkəri “xərclik deyil, təhlükəsizlikdir” ifadəsini unutmamaq lazımdır. Qar və buzlu yolda yay təkəri ilə hərəkət etmək, özünə də, yolda başqasına da problem yaratmaq deməkdir.

Əyləc və sükan sistemi

Bu mövsümdə ən çox ehtiyac duyacağın iki şey məhz bunlardır. Zamanında yoxlanmasa, yol səni yox, sən yolu itirəcəksən.

Antifriz və akkumulyator

Soyuq hava akkumulyatorun “canını alır”, antifriz isə mühərriki donmaqdan qoruyur. Hər ikisini mövsüm başlamadan əvvəl mütləq test etdirmək lazımdır.

Şüşəsilənlər və işıqlar

Qarlı, dumanlı havada görünməmək, görünməkdən daha təhlükəlidir. Şüşəsilənləri dəyişmək, faraların gücünü artırmaq və hamısını təmiz saxlamaq vacibdir.

Yavaş sürmək və məsafə saxlamaq

Qışda sürət qəza ehtimalının ən böyük dostudur. Ən adi dönmə belə sürüşmə yarada bilər. Aralı məsafə saxlamaq həyat qurtarır.

“Qış çantası”

İçində fənər, isti paltar, kiçik kürək, enerji batonu və ilk tibbi yardım olan çanta yolda qalacağın halda ən sədaqətli köməkçindir.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, qışda maşın sürmək qorxulu deyil, hazırlıqsız sürmək qorxuludur. Sürücü ehtiyatlı davrananda yola çıxmaq heç bir təhlükə daşımır (Patrul.az).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью