Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq.
Publika.az xəbər verir ki, komandalar yeni ildəki ilk oyunlarını 19-cu tur çərçivəsində keçirəcəklər.
İlk oyun günündə bir görüş baş tutacaq. Lider “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Şamaxı”nı qəbul edəcək.
Yanvarın 18-də iki görüş baş tutacaq. “Zirə” “Araz-Naxçıvan”ı, “Sumqayıt” – “Səbail”i qəbul edəcək.
19-cu tura yanvarın 19-da, bazar günü keçiriləcək matçlarla yekun vurulacaq.
Tovuzda Qərb derbsi çərçivəsində “Kəpəz” və “Turan Tovuz” üz-üzə gələcək.
Başqa bir prinsipial matç “Neftçi” ilə “Sabah” arasında baş tutacaq.
Azərbaycan Premyer Liqası, 19-cu tur 17 yanvar (cümə) 19:00 “Qarabağ” – “Şamaxı” Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Fərid Hacıyev Tofiq Bəhramov adına Respublika Stadionu.