“Qış nağılı” turniri başa çatdı

16.12.2024

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qışın sehrini özündə əks etdirən “Qış nağılı” beynəlxalq turniri başa çatıb.

Futbolpress.az xəbər verir ki, iki gün davam edən bu yarışda xarici ölkələrin gimnastika federasiyalarının, klublarının və yerli gimnastika cəmiyyətlərinin idmançıları arenada öz bacarıqlarını sərgiləyiblər. 2009-2018-ci il təvəllüdlü gimnastlar həm fərdi, həm qrup hərəkətləri kateqoriyası üzrə alətsiz, lent, top və halqa çıxış edib. 

Yarış boyunca Azərbaycan Gimnastika Federasiyasının sevimli maskotları Cilli və Tilli həm idmançılara dəstək olub, motivasiya edib həm də tamaşaçılarla əyləncəli müsabiqələr keçirib.

Turnirin ikinci günündə də daha bir gimnastımız karyerasını bitirib. Bədii gimnastika üzrə milli komandamızın üzvü, Paris-2024 Yay Olimpiya Oyunlarının finalçısı, Dünya çempionatının bürünc medalçısı, Avropa çempionatının 9 qat mükafatçısı Zeynəb Hümmətova peşəkar gimnastika karyerasını sonlandırıb. Bu münasibətlə Zeynəbin komanda yoldaşları, gimnastika yolunda bir addımladığı qrup hərəkətləri komandası Zeynəbə həsr etdikləri çıxışı sərgiləyiblər. Daha sonra isə Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Rauf Əliyev Zeynəbə “Azərbaycan gimnastikasına verdiyi töhfələrə görə” təltifnamə və hədiyyələr təqdim edib.

“Qış nağılı” turnirinin son günündə Macarıstanın bədii gimnastı, Dünya çempionatının bürünc, Avropa çempionatının gümüş medalçısı Fani Piqnitski tərəfindən turnir iştirakçıları üçün bədii gimnastika üzrə ustad dərsi keçirilib. Dərs zamanı Fani gimnastlara öz karyerası, uğurları və keçdiyi çətinliklər haqda danışdı. Daha sonra öz texnika və metodları ilə onlara məşq keçib. 

Əsas xəbərlər, Ümumi idman Azərbaycan gimnastı Danimarkada fərqləndi

9 Dekabr 2024, 15:21

Əsas xəbərlər, Ümumi idman Azərbaycan millisindən bürünc medal

14 Noyabr 2024, 13:39

Əsas xəbərlər, Ümumi idman Paris-2024-ün finalçıları Bakıda ustad dərsləri keçəcəklər

13 Noyabr 2024, 22:56

Əsas xəbərlər, Ümumi idman “Alma Cup”dan 3 medal

16 Avqust 2024, 11:59

Əsas xəbərlər, Ümumi idman Paris-2024: Gimnastika millimizdən tarixi nəticə

10 Avqust 2024, 18:32

Əsas xəbərlər, Ümumi idman Azərbaycan gimnastlarından 4 medal

29 İyul 2024, 16:23

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью