QIŞ NAĞILI” YENİ İL MULTİMEDİA CİZGİFİLMKONSERTİ | Icma.az
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Sehr necə canlanır, bax onu təsəvvür edin!
Uşaqlıqdan sevdiyiniz qəhrəmanlar səhnədə canlanacaq və bayram ab-havası sizi unudulmaz bir qış səyahətinə, xəyal və möcüzələr dünyasına aparacaq!
"Qış nağılı" Yeni il multimedialı cizgi filmi konserti sizi hər kadrın həyatla nəfəs aldığı, musiqinin qəlbləri sevinc və işıqla doldurduğu bir animasiya səltənətinə dəvət edir.
Sevimli qəhrəmanların iştirak etdiyi nağıl dolu macəraya qərq olun!
"Qış nağılı" qəhrəmanları dostlarını dünyaca məşhur olan uçaqlığımızın cizgi film qəhrəmanları ilə bir araya gətirəcək.
Qurd və Dovşan, Smeşariklər, Çeburaşka və timsah Gena, Luntik və daha çox sevimli qəhrəmanlar bir səhnədə cəm olaraq sizə unudulmaz, yumor, mərhəmət və uşaqlıq işığı ilə dolu bir axşam bəxş edəcəklər.
Hər bir qəhrəman, hər bir səhnə - bir xəyal dünyasına səyahətdir, burada möcüzələr təkcə nağıllarda deyil, gerçək həyatda da baş verir.
Parlaq vizual effektlər, möhtəşəm dekorasiyalar və ürəklərə toxunan musiqi hər bir epizodu elə canlandıracaq ki, sanki bu bayram məhz sizin üçün yenidən doğulur.
Tam oxu
Xəbəri oxu