”Qış parkı”nın yaxınlığındakı sədd velosipedçiləri sürücülərdən gizlədir VİDEO

24.11.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində, "Qış parkı"nın yaxınlığında velosipedçilər üçün qəza şəraiti yaranıb.

Avtosfer.az xəbər verir ki, bu barədə ərazidən keçən sürücülərdən biri videonu sosial şəbəkə hesabında paylaşıb.

Onun sözlərinə görə, ara küçədən əsas yola çıxan sürücülər yolun kənarındakı metal səddə görə velosiped zolağında hərəkət edənləri vaxtında görə bilmirlər. Bu səbəbdən avtomobilin ön hissəsini zolağa doğru irəli çıxarmalı olurlar. Nəticədə velosipedçilərin hərəkətinə maneə yaranır və qəza riski artır.

Şikayətçi bildirib ki, problem uzun müddətdir davam edir və təkcə özü deyil, ərazidən istifadə edən digər velosipedçilər də bu vəziyyətlə tez-tez qarşılaşırlar.

O, aidiyyəti qurumları problemin aradan qaldırılması üçün tədbir görməyə çağırıb.

Qeyd edək ki, ara küçələrdən əsas yola çıxan sürücülərin görünüş bucağını genişləndirmək üçün yolayrıcılarında xüsusi yol güzgülərinin quraşdırılması mümkün həll yollarından biri ola bilər.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью