“Qış təlimi 2025”: Hərbçilərimiz qarlı dağlıq ərazilərdə VİDEO

01.02.2025

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən 12 mindən çox hərbçinin iştirak etdiyi “Qış təlimi-2025” hərbi təlimlərindən görüntülər yayıb.
Bizim.Media xəbər verir ki, video nazirliyin rəsmi “X” hesabında paylaşılıb.
“Mən türk komandoyam, düşməni polad caynağımla darmadağın edirəm.
Qış Təlimi-2025 uğurla davam edir. 9-cu Komando Briqadamızın qəhrəmanları Komando Andını oxudular”, - paylaşımda qeyd edilib. Video görüntülərdə hərbçilərin qarlı və dağlıq ərazilərdə yerinə yetirdiyi çətin tapşırıqlar əks olunub.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью