Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Qış transfer pəncərəsinin ən son bahalı futbolçuları kimlər oldu?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Transfermarket" portalı qış transfer pəncərəsinin son günündə reallaşan ən bahalı keçidlərin siyahısını açıqlayıb.
QOL.az xəbər verir ki, reytinqə 49,7 milyon avro ilə "Vulverhempton"dan "Kristal Palas"a keçən norveçli hücumçu Yorgen Strand Larsen başçılıq edir.
Siyahının ikinci pilləsində "Atalanta"dan "Atletiko"ya 35 milyon avroya yollanan Ademola Lukman qərarlaşıb.
İlk üçlüyü isə Fransa "Monako"sundan Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna 33 milyon avro qarşılığında keçən George İlenixena tamamlayıb.
Qeyd edək ki, əsas liqalarda transfer pəncərəsi fevralın 2-də bağlanıb.
2025/2026 qış transfer pəncərəsinin ən bahalı 10 keçidi:
Yorgen Strand Larsen - "Vulverhempton"dan "Kristal Palas"a (49,7 milyon avro) Ademola Lukman - "Atalanta"dan "Atletiko"ya (35 milyon avro) George İlenixena - "Monako"dan "Əl-İttihad"a (33 milyon avro) Kərim Benzema - "Əl-İttihad"dan "Əl-Hilal"a (25 milyon avro) Saymon Buabre - "Neom"dan "Əl-Hilal"a (23 milyon avro) Nilson Anqulo - "Anderlext"dən "Sanderlend"ə (17,34 milyon avro) Rodriqo Mendosa - "Elçe"dən "Atletiko"ya (16 milyon avro) Rudi Matondo - "Oser"dən "Paris" FK-ya (15 milyon avro) Adrian Lahdo - "Hammarbü"dən "Komo"ya (11,94 milyon avro) İsmael Kone - "Marsel"dən "Sassuolo"ya (10 milyon avro)