Qısa boylu adamların ön oturacaqda oturması qadağandır? QANUNLA BELƏDİR VİDEO

17.06.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sürücüləri maraqlandıran məsələlərdən biri də sərnişinlərin avtomobildə daşınması qaydalarıdır. Uşaqların ön oturacaqda daşınması ilə bağlı məhdudiyyətlərin olması sürücülərdə bəzi suallar yaradır. Bu suallardan biri də qısa boylu insanların ön oturacaqda əyləşməsinin qanunvericiliklə qadağan edilib-edilməməsi ilə bağlıdır.

Mövcud qanunvericiliyə əsasən, qısa boylu insanların minik avtomobillərinin ön oturacağında daşınmasına hər hansı qadağa tətbiq edilmir.

Qeyd edək ki, yol hərəkəti qaydalarında bu sahədə əsas məhdudiyyət uşaqlarla bağlıdır. Belə ki, minik avtomobillərində 12 yaşınadək uşaqların ön oturacaqda daşınmasına yalnız xüsusi saxlayıcı qurğulardan istifadə edilməklə icazə verilir.

Yetkin şəxslər üçün isə boy göstəricisinə görə ayrıca məhdudiyyət müəyyən edilməyib. Bu səbəbdən qısa boylu insanların ön oturacaqda əyləşməsi yol hərəkəti qaydalarının pozulması hesab olunmur.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью