Qısa hekayə müsabiqəsi elan edildi Şərtlər

15.12.2025

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Zərif Kölgələr” Yaradıcılıq Klubu, VHP-nin qadın qolları, “Güfte” ədəbiyyat dərgisi və Yunus Emre İnstitutunun birgə təşkilatçılığı ilə “Qısa Hekayə” müsabiqəsi elan edilib.

Kulis.az xəbər verir ki, müsabiqədə ədəbiyyata marağı olan hər kəs iştirak edə bilər.

Şərtlərə əsasən təqdim olunan hekayələr başlıq daxil olmaqla 100 sözü keçməməli, yalnız Azərbaycan dilində yazılmalı və indiyədək heç yerdə yayımlanmamış olmalıdır. Mövzu sərbəstdir.

Hekayələr "Word" formatında göndərilməli, sənədin adı yalnız hekayənin adı ilə qeyd edilməlidir. Hər müəllif müsabiqəyə yalnız bir hekayə təqdim edə bilər.

Müraciətlər 5 yanvar 2026-cı il tarixinədək zerifkolgeler@gQısamail.com elektron ünvanına qəbul olunur.

Qaliblər üçün mükafatlar nəzərdə tutulub, həmçinin seçilmiş hekayələrin yayımlanacağı bildirilib.

Müsabiqəyə təşkilati dəstəyi Yunus Emre İnstitutu, “Kritika” Nəşriyyatı və “Salman Mümtaz” Yayımları göstərir.

Bakıda “Boşluğa xütbə” filminin premyerası keçiriləcək Qüdsdə Aşşur çarlığına aid qədim kitabə aşkarlandı Təsadüfən çardaqda tapılan komiks - Tarixin ən bahalı nəşri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью