Qısa müddətdə nəyi bacarırıqsa, dəyişməyə çalışacağıq Yeton Bekiri

10.10.2026

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Qəbələ" Misli Premyer Liqasının VII turu çərçivəsində səfərdə "Sumqayıt"a 1:4 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Yeton Bekiri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Erkən qollar buraxdıqdan sonra çətin oldu bizə toparlanmaq üçün. Əvvəlki oyunlara baxmışdım və asanlıqla qollar buraxdığımızı görürdüm. Bu problemi aradan qaldırmaq üçün buradayıq".

- Komandanı tam formalaşdırmaq üçün sizə nə qədər vaxt lazımdır?

- Əlbəttə ki, vaxt çox lazımlı bir məqamdır. Oyunun əvvəlində 3 zərbənin üçünündə qol olması çox çətindir. Güclü komandalar da bu məqamlarda geridönüş etməkdə çətinlik çəkirlər. Bizə vaxt lazımdır. Düşünürəm ki, bu və digər çatışmazlıqları aradan qaldıracağıq. 

- Növbəti turda son çempion "Sabah"la qarşılaşacaqsınız. Qısa müddətdə nələri dəyişməyi düşünürsünüz?

- Azərbaycan Premyer Liqası çox güclü liqadır. "Sabah" yaxşı komandadır. Qısa müddətdə nəyi bacarırıqsa, dəyişməyə çalışacağıq.

- Adətən, mövsümün gedişatında gələn baş məşqçi sonda uğur qazanmayanda komandanı özünün qurmadığını qeyd edir...

- Bu barədə şikayət etməyəcəyəm. Mən buraya işləməyə gəlmişəm. Komandamdakı futbolçularla birlikdə çalışıb sonda əlimizdən gələni etməyə çalışacağıq. 

Orxan Həsənquluyev

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью