Qısa müddətdə UNEC in Dərbənd filialına diplom blankları təqdim olunacaq RƏSMİ

27.01.2025

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının məzunlarına diplom blanklarının təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi məktub ünvanlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə UNEC-dən bildirilib.

Qeyd olunub ki, məsələnin həlli istiqamətində nazirliklə mütəmadi olaraq əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib.

Xatırladaq ki, filialın 2023-2024-cü tədris ili üzrə məzunları sosial şəbəkədə diplom ala bilmədikləri barədə məlumat yayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью