Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qoz və tahinin birləşməsindən hazırlanan peçenye çay süfrələri üçün həm ləzzətli, həm də asan hazırlanan şirniyyatlardan biridir.
Demokrat.az xəbər verir ki, bu peçenyenin hazırlanması üçün 200 qram otaq temperaturunda yumşaldılmış kərə yağı, 1 stəkan tahin, 1 stəkan şəkər tozu, 1 paket vanil, 1 yumurtanın sarısı və təxminən 3-3,5 stəkan un istifadə olunur. Üzərinin bəzədilməsi üçün isə ayrılmış yumurta ağı və xırdalanmış qoz ləpəsi hazırlanır.
Hazırlanma zamanı əvvəlcə kərə yağı, tahin, şəkər tozu, vanil və yumurta sarısı dərin qabda birləşdirilərək hamar kütlə alınana qədər qarışdırılır. Daha sonra un hissə-hissə əlavə edilir və ələ yapışmayan, yumşaq xəmir yoğrulur. Xəmir hazır olduqdan sonra ondan qoz böyüklüyündə parçalar götürülərək yumru formaya salınır.
Hazırlanan kündələr əvvəlcə yumurta ağına, sonra isə xırdalanmış qoz ləpəsinə batırılır. Daha sonra bişirmə kağızı sərilmiş soba sinisinə aralı şəkildə düzülür.
Peçenyelər əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 15-20 dəqiqə, üzəri və alt hissəsi yüngül qızılı rəng alana qədər bişirilir. Sobadan çıxarıldıqda peçenyelər yumşaq görünsə də, soyuduqca bərkiyərək kövrək və xırtıldayan quruluş alır.
Ətri və özünəməxsus dadı ilə seçilən qozlu-tahinli peçenye isti çay və ya qəhvə ilə birlikdə süfrəyə təqdim oluna bilər.
Aytən
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, bu peçenyenin hazırlanması üçün 200 qram otaq temperaturunda yumşaldılmış kərə yağı, 1 stəkan tahin, 1 stəkan şəkər tozu, 1 paket vanil, 1 yumurtanın sarısı və təxminən 3-3,5 stəkan un istifadə olunur. Üzərinin bəzədilməsi üçün isə ayrılmış yumurta ağı və xırdalanmış qoz ləpəsi hazırlanır.