Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bir çox insan qısa zamanda çəki itirmək istəsə də, bu cür yanaşmalar sağlamlıq üçün təhlükəli ola bilər”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin "Instagram" səhifəsində canlı yayım zamanı deyib.
Həkim qeyd edib ki, xüsusilə sosial şəbəkələrdə yayılan qeyri-sağlam arıqlama metodları orqanizm üçün ciddi risklər daşıyır:
“Sağlam və davamlı arıqlama isə uzunmüddətli bir prosesdir. İnsanlar səbirli olmalıdır, çünki qısa müddətdə əldə edilən nəticələr adətən qalıcı olmur və müxtəlif sağlamlıq problemlərinə yol açır.
Sağlam həyat tərzi seçənlər üçün əsas məqsəd ideal bədən çəkisini qorumaqdır. Bu göstərici bədən kütlə indeksi ilə müəyyən edilir və hər kəs boyuna, yaşına və cinsinə uyğun olaraq çəkisinin normal olub-olmadığını hesablaya bilər”.
O vurğulayıb ki, bədən çəkisi normadan artıq olduqda onunla düzgün şəkildə mübarizə aparmaq vacibdir. Bu isə yalnız qidalanmanı məhdudlaşdırmaqla deyil, balanslı rasion və fiziki aktivliyin artırılması ilə mümkündür.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin