Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Futbol üzrə ölkə çempionatının 2-ci liqasında mövsüm başa çatdı.15 xalla sonuncu – 14-cü pillədə qərarlaşan “Füzuli” növbəti mövsüm Region Liqasında oynamalı olacaq.
Halbuki qarabağlılar ötən mövsüm 1-ci liqaya vəsiqə qazanmağın astanasındaydı.
Nəticə baxımından belə kəskin geriləmənin səbəbini klubun baş meneceri Rəşad Orbəydən soruşduq: “Komandanı istədiyimiz kimi komplektləşdirə bilmədik.
Transfer etmək istədiyimiz futbolçular var idi ki, onlar heyətimizi gücləndirəcəkdilər, heç biri gəlmədi.
Hamısının da səbəbi maddi problemlərdi. Ehtiyat oyunçular skamyasında iki-üç adam otururdu.
Oyunun nəticəsinin dəyişə biləcək futbolçular olmalıdı, bizdə o olmadı. Bu da istər-istəməz komandanın durumuna təsir edir.
Komandamızın bəzi futbolçularını da saxlaya bilmədik. Qışaqədərki heyətə baxın, bir də qışdan sonrakı.