Qışda avtomobillərin yanacaq sərfi niyə artır və necə azaltmaq olar?

31.01.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Soyuq havaların başlaması ilə sürücülər yanacaq göstəricisinin daha tez azalmasını müşahidə edirlər. Ekspertlər bildirir ki, qışda yanacaq sərfi yayla müqayisədə 15–40% çoxala bilər.  Avtosfer.az xəbər verir ki, bunun əsas səbəbləri mühərrik və transmissiyanın qızdırılması, qış təkərlərinin yüksək yuvarlanma müqaviməti, qızdırıcı və işıq sistemlərinin əlavə enerji sərfi, eləcə də güclü külək və yol şəraitidir. Yanacaq sərfini azaltmaq üçün mütəxəssislər mühərriki minimal boş iş rejimində qızdırıb hərəkətə başlamayı, şin təzyiqini yoxlamağı, əlavə çəkini aradan qaldırmağı və qızdırıcıları ölçülü istifadə etməyi tövsiyə edirlər. Əgər sərf normadan 50%-dən çox artıbsa, mühərrik filtri, yanacaq injektorları və digər sistemlərin yoxlanması vacibdir (Baku.ws).

Oxunub 352

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью