Qışda bu vərdişlərə əməl etsəniz xəstələnməyəcəksiniz | Icma.az
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Soyuqların başlaması ilə soyuqdəymə, qrip və virus infeksiyalarına yoluxma riski xeyli artır.
Lent.az xarici mediaya istinadən xəbərinə görə, həkimlər qış fəslində insanları evlərdə sadə, amma təsirli bir dəyişiklik etməyə çağırır və hesab edirlər ki, məktəblər də bu nümunəni izləməlidir.
Həkimlər otaqların mütəmadi havalandırılmasının vacibliyini vurğulayıblar.
Onlar bildirirlər ki, bu, mövsümi xəstəliklərin profilaktikasında əsas qaydalardan biridir, lakin bir çox insan hələ də bunu görməzlikdən gəlir.
Qışda otaqları havalandırmaq niyə vacibdir? Virus hissəcikləri, xüsusilə qapalı məkanlarda uzun müddət havada qala bilər.
Pəncərə və ya qapının açılması onların konsentrasiyasını əhəmiyyətli dərəcədə azaldır.
Mütəmadi havalandırma təkcə ictimai məkanlar üçün deyil, yaşayış yerləri üçün də faydalıdır.
Tam oxu
Xəbəri oxu