Qışda D vitamini aşağı düşür: Dəri xəstəlikləri arta bilər

29.11.2025

Icma.az, Medicina portalına istinadən məlumat verir.


Türkiyəli dermatoloq Dr. Ayda Kart Aşkar qış aylarında günəş işığına məruz qalmanın azalması ilə D vitamini çatışmazlığının artdığını deyib.


Medicina.az xəbər verir ki, dr. Ayda Kart Aşkar insanların qışda daha çox qapalı məkanda vaxt keçirdiyini və bunun günəş işığının dəriyə çatmasını çətinləşdirdiyini vurğulaylb.

O, D vitamininin yalnız sümük sağlamlığı üçün deyil, həm də immun sistemi, dəri baryeri və saç follikullarının bərpası üçün vacib olduğunu izah edib.


Aşkar bildirib ki, qış aylarında D vitamini xeyli aşağı düşür və bu, bir çox dəri xəstəliklərinə səbəb ola bilər.

Dr. Aşkar qış aylarında D vitamini səviyyəsinin aşağı düşməsinin bəzi dermatoloji vəziyyətlərin simptomlarını əhəmiyyətli dərəcədə artıra biləcəyini bildirib.


- Psoriaz

- Atopik dermatit (ekzema)

- Seboreik dermatit

- Mövsümi saç tökülməsi.

Dr. Aşkar aşağıdakı simptomlara qarşı xəbərdarlıq edib:

- Sümük bərkliyinin azalması

- Əzələ zəifliyi

- Əhval-ruhiyyə dəyişkənliyi

- Zəifləmiş immun sistemləri səbəbindən infeksiya riskinin artması

- Ürək-damar xəstəlikləri riskinin artması


Dr. Aşkar qış aylarında D vitamini səviyyəsini qorumaq üçün günəş işığı və sağlam qidalanmanın vacibliyini vurğulayaraq, həftədə 3-4 gün 15-20 dəqiqə günəş altında qalmağın faydalı olacağını deyib.


O, pəhrizinizə aşağıdakı qidaları daxil etməyi tövsiyə edib:

- Qızılbalıq

- Sardina

- Yumurta sarısı

- Qaraciyər

- D vitamini ilə zənginləşdirilmiş süd məhsulları

O, əlavələrin yalnız qan səviyyəsi ölçüldükdən sonra və həkim nəzarəti altında istifadə edilməli olduğunu vurğulayıb.

Dr. Ayda Kart Aşkar vətəndaşları D vitamini səviyyələrini mütəmadi olaraq yoxlatdırmağa çağırıb. O, bu məsələ ilə bağlı maarifləndirmənin vacibliyini vurğulayıb.

Aygün

Medicina.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью