Qışda daha çox ZƏLZƏLƏ OLUR? | Icma.az
Icma.az, Bizim media saytına istinadən bildirir. Son günlər ölkənin müxtəlif bölgələrində ard-arda zəlzələlər qeydə alınır.
Biləsuvar, Şamaxı və Ağsuda hiss olunacaq dərəcədə yeraltı təkanlar müşahidə edilib.
Sosial şəbəkələrdə zəlzələ anının qeydə alındığı videoların sürətlə yayılması isə vətəndaşlar arasında narahatlıq yaradıb.Bəs bu zəlzələlərin ardınca daha güclü təkanların baş verməsi mümkündürmü?
Seysmoloqlar Azərbaycan ərazisində zəlzələ ocaqlarının aktivləşdiyini təsdiqləyirlər.
Üstəlik əlavə edirlər ki, mövcud seysmik proseslər digər zəlzələ ocaqlarını da aktivləşdirə bilər.
Şəki-Oğuz, Quba-Şabran və Aran bölgəsindəki zəlzələ ocaqlarında da seysmik aktivliyin müşahidə olunması gözləniləndir.Amma panikaya heç bir əsas yoxdur.
Ardıcıl zəlzələlər adətən yer qabığında yığılan gərginliyin boşalması ilə bağlı olur.
Bundan başqa mikrozəlzələlər də qeydə alınır ki, bu da ardıcıl xırda təkanlara səbəb olur. Buna gərginliyin “zəncirvari” boşalması deyilir.
Tam oxu
Xəbəri oxu