Qışda immuniteti gücləndirməyin yolları Bu qidalar süfrələrinizdə olsun | Icma.az
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq. Qış aylarında xəstəliklərdən qorunmaq üçün immunitet sistemini gücləndirmək vacibdir.
Mütəxəssislər qidalanmaya diqqət yetirərək, immunitet sistemini dəstəkləyən və orqanizmin müqavimətini artıran tövsiyələr təqdim edirlər.
Teleqraf.com xəbər verir ki, immunitet sisteminin zəifləməməsi üçün ilk növbədə düzgün olmayan həyat tərzindən uzaq durmaq lazımdır.
Səhv qidalanma, hərəkətsizlik, siqaret, yuxu rejiminin pozulması və stress immuniteti zəiflədən əsas amillərdir.
Şəkərli və işlənmiş məhsullar, qızartmalar və qatqı maddələri olan qidaları minimuma endirin.
Bunun əvəzində süd məhsulları, ət, tərəvəz, meyvə və tam taxıllardan ibarət balanslı pəhriz tətbiq edin.
Antioksidanlarla zəngin olan soğan və sarımsağı rasionunuza daxil edin.
Həmçinin brokoli, kələm, nar, portağal kimi tərəvəz və meyvələr də immuniteti dəstəkləyir.
Tam oxu
Xəbəri oxu