Qışda isti hava: Xəstəliklərə səbəb olur

31.01.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ruslar qışın isti keçməsi səbəbindən daha tez-tez xəstələnməyə başlayıblar. 

“Cebheinfo.az” xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, qış fəslinin mülayim keçməsi temperatur və atmosfer təzyiqinin dalğalanmasına səbəb olur. 

Bu da ürək-damar xəstəliklərinə, təzyiqin qalxmasına, ürək döyüntüsünün artmasına, fəsadlara, infarkt və insultlara səbəb ola bilər. Havaların isti keçməsi sinir sistemi üçün problemlər yaradır. Belə ki, gündəlik ritmlərin sabitliyi pozulur, baş ağrıları, apatiya və yuxu problemləri yaranır. Bununla yanaşı, depressiya və ya narahat-depressiv vəziyyət də müşahidə oluna bilər. 

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью