Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qışda avtomobil bir aya qədər hərəkətsiz qalacaqsa, xüsusi hazırlığa ehtiyac yoxdur.
Milli.Az xəbər verir ki, bu barədə Moskva Politexnik Universitetinin dosenti Yuri Furletov bildirib. Onun sözlərinə görə, avtomobil hətta 3 həftə açıq havada qalsa belə problem yaranmaz.
Mütəxəssis kondensatın qarşısını almaq üçün avtomobili saxladıqdan sonra salonu bir qədər soyutmağı, imkan olduqda akkumulyatoru çıxarmağı və ya ən azı klemmaları ayırmağı tövsiyə edir. Uzun müddət istifadə olunmayacaqsa, siqnalizasiya əvəzinə standart mərkəzi kiliddən istifadə etmək daha məqsədəuyğundur.
Asya
Milli.Az