Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qış aylarında şirniyyata olan istəyin artması gün işığının azalması və serotonin səviyyəsindəki dəyişikliklərlə əlaqəli ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Olqa Vasyutkova "TASS"a bildirib.
Onun sözlərinə görə, soyuq mövsümdə gün işığının azalması və "D" vitamini çatışmazlığı əhval-ruhiyyəyə, enerji səviyyəsinə və toxluq hissinə təsir göstərə bilər. Bu amillər bəzi insanlarda apatiyaya, məhsuldarlığın azalmasına və passiv istirahət istəyinin artmasına səbəb ola bilər.
Həkim qeyd edib ki, şirniyyat yemək qısamüddətli zövq və rahatlıq hissi yarada bilər. Nəticədə insan yaxşı əhval-ruhiyyə ilə şirniyyat qəbulu arasında psixoloji əlaqə qurur. Bu vərdiş zamanla stress zamanı yeməyə meyilliliyi artıra bilər.
Vasyutkova soyuq havada iştahanın artmasının təkamül amilləri ilə də əlaqəli olduğunu bildirib. Onun sözlərinə görə, qida ehtiyatlarının və enerjinin qorunması əcdadlarımızın soyuq mövsümdə sağ qalmasına kömək edib.
Həkim qış aylarında qidalanma rejiminə riayət etməyi, gündə üç dəfə yemək yeməyi və açıq havada daha çox vaxt keçirməyi tövsiyə edib.
Murad İsmayıl