Qışda "Barselona"dan ayrılmaq istəyir

02.11.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qışda "Barselona"dan ayrılmaq istəyir

“Barselona”nın müdafiəçisi Aleks Balde qış transfer pəncərəsində klubunu dəyişə bilər.

QOL.az xəbər verir ki, 23 yaşlı ispaniyalı futbolçu oyun praktikasının azlığından narazıdır və yanvarda Kataloniya təmsilçisindən ayrılmağı nəzərdən keçirir. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Balde bu mövsüm cəmi 4 oyunda meydana çıxıb və heç birində start heyətində yer almayıb. Müdafiəçi Joao Kanselu və Xavi Espartla rəqabətdə uduzur.

Bildirilir ki, ötən yay futbolçu ilə Mançesterin hər iki klubu – “Mançester Siti” və “Mançester Yunayted” maraqlanıb. Balde də karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə müsbət yanaşır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью