Qışda saç tökülməsi nədən xəbər verir? Mütəxəssis açıqladı | Icma.az
Icma.az, Milli.az portalına istinadən məlumat verir. Saçların tökülüb yenidən uzanması insan həyatında təbii prosesdir və bu, sağlamlıq duru
Milli.Az xəbər verir ki, rusiyalı trixoloq və dermatoveneroloq Kira Kirnas qış aylarında saç tökülməsi ilə ciddi xəstəliklər arasındakı əlaq
Mütəxəssis bildirib ki, stress, yuxu rejimi, qidalanma və daxili orqanların xəstəlikləri saç tökülməsinə təsir göstərə bilər.
Bununla belə, həyati təhlükə yaradan xəstəliklər zamanı saç tökülməsi heç vaxt əsas və yeganə əlamət olmur.
Onun sözlərinə görə, qan xəstəlikləri, İİV və vərəm zamanı saç tökülməsi müşahidə oluna bilər, lakin bu hallarda yüksək hərarət, halsızlıq, çəki itkisi, tez-tez xəstələnmə, limfa düyünlərinin böyüməsi və dəridə dəyişikliklər kimi daha ciddi simptomlar da ortaya çıxır.
Kira Kirnas vurğulayıb ki, əgər insan yalnız saç tökülməsindən şikayət edirsə və başqa narahatedici əlamətlər yoxdursa, səbəb adətən daha sadə faktorlarla bağlı olur.
O, saç sağlamlığını qorumaq üçün vaxtaşırı trixoloq müayinəsini tövsiyə edib.
Asya Milli.Az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu