Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zəncəfilli, adaçaylı, itburnulu çaylar immuniteti gücləndirir Soyuq havalarda əlimiz avtomatik olaraq çaya gedir.
Sanki soyuq hava ilə birlikdə yazılmamış bir qanun da qüvvəyə minir: “Qışda su yox, çay içərlər”.
İsti çay, xüsusən də bitki çayları qışda əla seçimdir. Zəncəfilli, adaçaylı, itburnulu çaylar həm də immunitetə dəstək olur.
Havanın temperaturu düşdükcə, su içmək istəyimiz azalır. Yəni qış aylarında daha az su içirik.
Bir qismimiz isə ancaq çay içirik, su içməyin qışda xəstələnməyimizə səbəb olduğunu düşünürük.
Ancaq həkimlər hər zaman sağlamlıq üçün maye qəbulunun, su içməyin vacibliyini vurğulayırlar. Bəs qışda nə edək? Su, yoxsa çay içək?
Dietoloq Şəfa Yadigarova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, yayda olduğu kimi, qışda da eyni miqdarda maye qəbul etmək son dərəcə vacibdir: “Bizim kimi orta iqlim qurşağında, yaxud isti yerlərdə yaşayan insanlar qışda bədən alışqan olmadığı üçün soyuq su içən kimi xəstələnirlər.