Qışda yüksək əhval yaradan qidalar açıqlandı | Icma.az
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Depressiyanı müalicə edə biləcək "sehrli qida" yoxdur.
Lakin balanslı pəhriz qışda insana həqiqətən yaxşı əhvalda qalmasına kömək edə bilər".
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Anna Oderi Gazeta.ruya danışıb.
O qeyd edib ki, zülal təkcə güclü əzələlərin açarı deyil, həm də sağlam sinir sisteminin vacib elementidir.
"Bədən tərkibindəki aminturşularından neyrotransmitterlər sintez edir ki, bunlar əhvali-ruhiyyə, diqqət və ayıqlıq hissi üçün cavabdehdir.
Bundan əlavə, protein qidaları uzunmüddətli toxluq hissi verir və xaotik qəlyanaltıların qarşısını almağa kömək edir." Qış pəhrizinə balıq və dəniz məhsulları, yumurta, quş əti və ət, süd məhsulları, eləcə də paxlalılar, noxud, mərcimək və tofu vasitəsilə zülal daxil etmək olar.
Karbohidratlardan danışan endokrinoloq beynin daim qlükozaya ehtiyac duyduğunu vurğulayıb: "Lakin onu şirniyyatlardan deyil, mürəkkəb karbohidratlardan almaq daha yaxşıdır.
Bu cür qidalar sabit enerji axınını təmin edir və iştahı idarə etməyə kömək edir.
Tam oxu
Xəbəri oxu