Qışın ən bahalı transferləri: İngiltərə klubları yenə at oynadır

03.02.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

2026-cı ilin qış transfer pəncərəsinin ən bahalı transferləri məlum olub.

Fanat.Az xəbər verir ki, "Transfermnarkt"-ın məlumatına görə, "Bornmut"dan "Mançester Siti"yə keçən cinah yarımmüdafiəçisi Antuan Semenyo ilk sıradadır. 

"Siti" oyunçu üçün 72 milyon avro ödəyib. 

İkinci yerdə 49,7 milyon avroya "Vulverhempton"dan "Kristal Pelas"a keçən hücumçu Yorgen Strand Larsendir.

Qışın ən bahalı transferi arasında "üçlüy"ü Lukas Paketa tamamlayır. O, "Vest Hem"dən "Flamenqo"ya 42 milyon avroya keçib.

"Tottenhem"dən cinah yarımmüdafiəçisi Brennan Consonun "Kristal Pelas"a, o cümlədən "Atletiko Madrid"dən yarımmüdafiəçi Konor Qallaherin "Tottenhem"ə transferləri 40 milyon avroya başa gəlib.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью