Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.
İnanclara görə, çillələr dəyişərkən dörd gün ərzində biri digəri ilə “mübarizə aparır” və sonda – yanvarın 30-dan 31-nə keçən gecə Böyük çillə yerini Kiçik çilləyə verir.
Böyük çillədən fərqli olaraq, Kiçik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.
Azərbaycanın bəzi bölgələrində Böyük çillədən Kiçik çilləyə keçəndə müəyyən mərasimlər təşkil olunub. İnsanlar çillələrin gəlişini bayram kimi qarşılayıb, müxtəlif ayin və mərasimlərlə yola salıblar. Bu mərasimlər əyləncələr, aşıq məclisləri və qadınların toxuculuq işləri ilə əlamətdar olurdu. İnsanlar təsərrüfat işlərinin azlığından istifadə edərək, istirahətə vaxt ayırardılar. Bir sözlə, Böyük və Kiçik çillə bir növ əyləncə dövrü idi.
Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı qeyd edilir, qovurğa qovrulur, hədik və digər yeməklər hazırlanır.
Çillə gecəsində ocağı sönməyə qoymazdılar. Ocağın sönməsi xeyrə sayılmazdı. Süfrədə balqabaq, nar, quru meyvələr və şirniyyatlar olardı. Balqabaq Günəşin, nar isə birliyin rəmzi idi. Süfrənin əsas bəzəyi isə qovut olurdu. Onu qovrulmuş və üyüdülmüş səməni buğdasından hazırlayırdılar.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Böyük çillədən fərqli olaraq, Kiçik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.