Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qış mövsümündə açıq sahədə pomidorun yetişməməsi təbiidir. Bazarlarda pomidorun qiyməti təəccüblü şəkildə 1 manat olaraq qalır. Cəmiyyət arasında bu, maraq və suallar doğurur. Əksər insanlar təbii şəkildə yetişməyən məhsulun belə ucuz satılmasını başa düşmür. Bazarda pomidorun qiyməti istehsal xərcləri ilə deyil, digər amillərlə müəyyən edilir. Təbii yolla yetişməyən pomidor ucuz qiymətə alıcılara təqdim olunur. Bu isə həm istehlakçılar, həm də mütəxəssislər üçün maraqlı bir sual olaraq qalır.
Bu barədə kənd təsərrüfatı üzrə ekspert Talıb Sadıqov Demokrat.az-a açıqlama verib
O deyib ki, bazara çıxarılan pomidorların böyük hissəsi istixanalarda yetişdirilir:
“Müasir istixanalarda istilik, işıqlandırma və rütubət süni şəkildə tənzimləndiyi üçün məhsul ilboyu əldə olunur. Son illər bəzi iri təsərrüfatlarda xərclərin optimallaşdırılması, xüsusən də enerji mənbələrinin daha ucuz üsullarla təmin edilməsi maya dəyərini aşağı salıb. Bu isə qiymətə birbaşa təsir göstərir. Qış mövsümündə xaricdən pomidor idxal olur. Bəzi ölkələrdən pomidor daha ucuz istehsal edilir və kütləvi idxal daxili bazarda qiymətləri aşağı çəkir. Bu zaman keyfiyyət deyil, kəmiyyət ön plana çıxır”.
O qeyd edib ki, burada vacib məqamlardan biri də bazar rəqabətidir:
“Satıcılar məhsulun tez xarab olması riskini nəzərə alaraq onu daha ucuz qiymətə təklif etməyə məcbur qalırlar. Qış pomidoru adətən dad və saxlama müddəti baxımından yay pomidorundan geri qalır və bu da qiymətin ucuz olmasını şərtləndirir. Qışda 1 manata satılan pomidor təbiətin deyil, texnologiyanın və bazar mexanizmlərinin məhsuludur”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bu barədə kənd təsərrüfatı üzrə ekspert Talıb Sadıqov Demokrat.az-a açıqlama verib