Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir. Quruyan dəri, çatlayan dodaqlar... Düzgün qulluq necə olmalıdır?
Adətən soyuq havalarda ilk zərbəni dodaqlarımız və üz dərimiz alır.
Külək, şaxta, aşağı rütubət - bunların hamısı birlikdə dərinin təbii müdafiə mexanizmini zəiflədir.
Nəticədə üz dərisində və dodaqlarda quruluq, dartınma hissi, çatlama və qabıqlanma olur. Niyə məhz soyuqda belə olur?
Soyuq havalarda dəri daha az yağ ifraz edir. Üstəlik, isti otaqlardakı quru hava dəridəki nəmi sözün əsl mənasında “oğurlayır”.
Dodaqlarda isə vəziyyət daha kritikdir: onların üzərində qoruyucu yağ təbəqəsi demək olar ki, yoxdur.
Ona görə də dodaqlar tez quruyur və çatlayır. Ən böyük səhvlərdən biri... Dodaqlar quruyanda onları tez-tez yalamaq olmaz.
İlk anda rahatladıcı hiss yaratsa da, əslində bu, vəziyyəti daha da pisləşdirir - tüpürcək buxarlanır və dodaqları daha da susuz qoyur.