Qismət Alıyev: Düşünmürəm ki, isti hava bizim üçün problem yaratsın

07.07.2026

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Düşünmürəm ki, isti hava bizim üçün problem yaratsın”.

Qismət Alıyev Konfrans Liqasının I təsnifat mərhələsində “Torpedo” ilə oyun öncəsi keçirilən mətbuat konfransında hava şəraiti barədə danışıb.

O, yüksək temperaturun komandaya ciddi çətinlik yaratmayacağını bildirib:

“Bizdə oyun öncəsi hazırlıq prosesində də üç gündən bir matçlar olur. Pis hava şəraitində də oynamışıq. Komanda hər oyuna hazır olur. Düşünmürəm ki, isti hava bizim üçün problem yaratsın”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью