Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" matçından öncə qəsəbə təmsilçisinin futbolçusu Qismət Alıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, azərbaycanlı müdafiəçi görüşlə bağlı fikirlərini bölüşüb:
"Sabah bizi ağır oyun gözləyir. İnanıram ki, sərfəli nəticə ilə səfərə yollanacağıq. Meydanda ən yaxşısını etmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik".
Qeyd edək ki, "Zirə" - "Torpedo" oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Çempionlar Liqası: “Sabah” ilk oyununa çıxır - YENİLƏNİR 1/4-də növbəti qarşılaşma: İspaniya - Belçika DÇ-26: Belçika 1/4 finalda! - YENİLƏNİB DÇ-26: İspaniya 1/4 finalda! - YENİLƏNİB Qərar qüvvədə qaldı: Baloqun oynayacaq