sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına start veriləcək.
Sport24.az xəbər verir ki, yarışın ilk günündə 5 sərbəst güləşçimiz mübarizəyə başlayacaq.
İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Orxan Abasov (79 kq) və Abubakr Abakarov (97 kq) döşək üzərinə çıxacaqlar.
Qeyd edək ki, Avropa çempionatı aprelin 13-dək davam edəcək. Görüşlər hər gün, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.