Qıtlıq, yoxsa bayramqabağı BAHALAŞMA? Yumurtanın qiymətindəki artımın əsl SƏBƏBİ VİDEO Yeni Çağ Media

27.12.2024

Icma.az, Yenicag saytına istinadən bildirir.

Son günlər Azərbaycanda yumurtanın qiymətində nəzərəçarpan artım müşahidə olunur. Bir neçə gün öncə marketlərdə 12-14 qəpiyə təklif olunan yumurtaların qiyməti indi 18-22 qəpiyə qədər yüksəlib. Bu qiymət artımının əsas səbəbləri ilə bağlı müxtəlif amillər qeyd olunur.

Əsasən, yumurtaya olan tələbin artması və azərbaycanlı istehsalçıların Rusiya bazarına ixracını gücləndirməsi qiymət artımına səbəb olub.

Mövzu ilə bağlı Yenicag.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bahalaşmanın əsas səbəbi yumurta qıtlığıdır.

O, qeyd edib ki, say azaldıqca, artıq iqtisadi qanunlar işə düşür və qiymətlər yüksəlməyə başlayır.

Daha ətraflı videoxəbərdə:

Məsimə Məmmədova

Samir Məcidov

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью