Qiyamət günü Radiosu nda bir gündə sirli 3 mesaj eşidildi

18.04.2025

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Daha çox "Qiyamət günü radiostansiyası" adı ilə məşhur olan "UVB-76" radiostansiyasından bir gündə göndərilən üç yeni mesaj qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə "UVB-76 logi" "Telegram" kanalı məlumat yayıb. 

Mesajların vaxt ştampları bunlardır: Bakı vaxtı ilə bir gün əvvəl saat 10:31-də efirdə "Bornorak", saat 10:34-də isə "Adovıy" sözü eşidilib.

Axşam saat 18:51-də "Abstrakt pudolist" sözləri ilə mesaj qeydə alınıb.

Xatırladaq ki, martın 10-da da "The Buzzer" ("Jujalka" - vızıltı) adı ilə də tanınan "UVB-76" qəribə siqnal ötürüb.

Mesaj rəqəmlərdən və adlardan ibarət olub.

"Nikolay, Jenya, Tatyana, İvan... Nikolay, Jenya, Tatyana, İvan", - deyə monoton şəkildə ifadələr səslənib və bundan sonra rəqəmlərin kombinasiyasını deyib.

Qeyd edək ki, "Qiyamət günü radiostansiyası" 1975-ci ildə fəaliyyətə başlayıb. Radiostansiya 4625 kilohers tezliyində daim xışıltı ilə efirə çıxır. Efirdə naməlum səslər dəqiqədə 25 dəfə təkrarlanır.

Daimi xışıltı səslərindən sonra efirdə rus kəlmələrinə bənzər kəlmələr eşidilir. 2022-ci ilin 24 fevral ərəfəsində və bötöv 2023-cü ildə radiostansiyasında aktivlik müşahidə olunub. 2010-cu ildə isə radiostansiya efirinə Çaykosvkinin "Sonalar gölü" baletini də əlavə edib. Ən populyar versiyaya görə radiostansiyanın yayımını dayandırması Qlobal dünya faciəsinin başlaması anlamına gələcək. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью