Icma.az bildirir, Kulis.az portalına istinadən.
Türkiyənin İstanbul şəhərindəki "Arter" müasir incəsənət mərkəzində Delfin Öğütoğullarının kuratorluğu ilə "Sonra yoxdur, sonra indidir" adlı yeni qrup sərgisi ziyarətçilərə təqdim olunub.
Kulis.az xəbər verir ki, ekspozisiya "Arter Kolleksiyası"na aid əsərlər əsasında formalaşdırılıb və qiyamət ideyasını uzaq gələcək ssenarisi kimi yox, hazırda yaşanan ekoloji və siyasi böhranlar fonunda müzakirəyə çıxarır.
Kormak Makkartinin "Yol" romanından ilhamlanan sərgidə qlobal istiləşmə, radiasiya və plastik çirklənmə kimi qlobal problemlər diqqət mərkəzinə gətirilir.
Qeyd edək ki, sərgidə Halil Altındərə, Gerhard Rixter, Nam Cun Payk, Alisiya Kvade və Necla Rüzgar da daxil olmaqla 20 rəssam və rəssam qrupunun əsərləri nümayiş olunur.
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində "Məndən nəsə var Antonio Banderasda..." - Həmid Herisçinin yeni şeirləri 44 bədii filminin yeni tizeri yayımlandı